VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Sumqayıt yolunda baş verən yol qaydası pozuntusu sonradan davaya çevrilib.

BAKU.WS xəbər verir ki, bu hadisəni əks etdirən video görüntü sosial şəbəkələrdə yayılıb. Videodan da göründüyü kimi "Chevrolet" markalı, 99-VM-967 qeydiyyat nişanlı avtomobil qarşıda hərəkətdə olan avtomobilin qadın sürücüsü üçün qəza şəraiti yaradıb.

Həmin vaxt qadının yanında 2 övladı da olub. Qadın "Chevrolet" markalı avtomobilin sürücüsünə etiraz edib. Kişi sürücü isə cavabında qadını təhqir etməyə başlayıb. Bu zaman qadının 14 yaşlı övladı avtomobildən düşüb.

"Chevrolet" markalı avtomobilin sürücüsü ananın gözü qarşısında 14 yaşlı oğlanı boğmağa başlayıb. Avtomobildə olan digər 7 yaşlı uşaq qorxudan qışqırıb. Oradan keçən vətəndaşlar köməyə gəlib.

DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, bu barədə polisə məlumat daxil olub.

“Hazırda araşdırmalar aparılır. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək”, - deyə Elşad Hacıyev bildirib.

BAKU.WS
VİDEO