Bərdədə qəza: 2 ölü, 4 yaralı - FOTO

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunun Lager adlanan ərazisində baş verib.
Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-21011" markalı minik avtomobili yanıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar: Bərdə rayon sakinləri - 1986-cı il təvəllüdlü Rəhimli Rövşən Teymur oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Edilxan oğlu və Tərtər rayon sakinləri - 1995-cil il təvəllüdlü Əliyev İsgəndər İsrail oğlu, 1989-cu il təvəllüdlü Abbasov Elşad Mübariz oğludur.
Faktla bağlı araşdırma apaılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...
