10 min manatlıq qızıl-zinət və məişət əşyalarını oğurlayan şəxs saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 35 yaşlı Elşad İbrahimov may ayının 21-də şəhər ərazisində vətəndaşa məxsus fərdi yaşayış evindən ümumilikdə 10140 manat dəyərində müxtəlif qızıl-zinət və məişət əşyalarını oğurlayıb.
E. İbrahimov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Şirvanda narkotacir tutuldu, 45 min manatlıq oğurluq edənləri ələ verdi - VİDEO
Şirvanda beş mənzildən nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Şirvan Rayon Polis Şöbəsinin (RPŞ) əməkd...