Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Qarabağda gedən döyüş zamanı şəhid olub. 
 
Bu haqda Sərdar Cəlaloğlunun köməkçisi BAKU.WS-ə açıqlamasında deyib.

ADP sədrinin köməkçisi S. Cəlaloğlunun qardaşı Əbdül Məmmədovun oğlu Rasim Məmmədov Füzuli rayonunun Horadiz qəsəbəsində zabit kimi xidmət etdiyini deyib. O bildirib ki, R. Məmmədov bu gün Cəbhə xəttində gedən döyüşlər zamanı qəhərəmancasına şəhid olub.
 
Qeyd edək ki, Rasim Məmmədov mayor rütbəsi daşıyıb. Onun atası da birinci Qarabağ müharibəsində fəal iştirak edib.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ