VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Loğman Məmmədov işdən çıxarılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Azadlıq” qəzetinə Nəqliyyat Nazirliyindəki mənbədən məlumat daxil olub. Loğman Məmmədov Nəqliyyat Nazirliyininən böyük avtobazalarından birinərəhbərlik edirdi. Məlumata görə, Loğman Məmmədov təqaüd yaşı çatdığı üçün işdən çıxarılıb. O, Ziya Məmmədovun böyük qardaşıdır. Nəqliyyat naziri bir müddət əvvəl Loğman Məmmədovun oğlu Rövşən Məmmədovu işdən çıxarmışdı. Rövşən Məmmədov "Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi vəzifəsində çalışırdı.

Bu arada nəqliyyat naziri Ziya Məmmədovun bacısı, "Tərəqqi” liseyinin direktoru MəhbubəMəmmədovanın tutduğu vəzifədən azad edildiyi barədə xəbər yayılıb.

 

BAKU.WS