VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda məcbiri köçkünlərin məskunlaşdığı binada baş verən yanğın söndürülüb.

ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində binanın damında meydana gələn yanğın söndürülüb.

Bakıda yataqxana binasında baş verən yanğın zamanı 7 nəfərə tibbi yardım göstərilib. Onlardan 3-ü qadın, 3-ü kişi, 1-i uşaqdır.

***11:33***

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

BAKU.WS