SİZİN REKLAM BURADA!
055 213 76 73



Nizami rayon İcra Hakimiyyəti başçısı Arif Qasimov “Diqlas” Ticarət Mərkəzindəki yanğından sonra zərəçəkən sahibkarları qəbul edib.


BAKU.WS xəbər verir ki, yanğından zərər çəkənlər başçıya dərdlərini danışıblar. Sahibkarlar bildiriblər ki, əllərində olan vəsaitləri mağazalarda yanıb külə dönüb.

İcra başçısı da, öz növbəsində vətəndaşlara səbrli olmağı tövsiyyə edib.

“Hələlik danışıqlar gedir. Prezident Administrasiyasında müzakirələr aparılır. Danışıqlardan sonra hansı tədbirlərin görüləcəyinə qərar veriləcək”, - deyə Arif Qasimov bildirib.

Bundan başqa, icra başçısı vurğulayıb ki, sahibkarlara işləmək üçün yer ayrılacaq:

“Kimə işləmək üçün yer lazım olsa, bu barədə də müraciət etsin”.

Qeyd edək ki, ötən gün səhər saatlarında Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzinin damında başlayıb. Daha sonra yanğın güclənib və ətraf ərazilərə keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

BAKU.WS