Bu gün Bakıda yanan "Diqlas” Ticarət Mərkəzində 1000-ə yaxın sahibkara zərər dəyib.

BAKU.WS xəbər verir ki, bu barədə “Bakupost.az”a danışan bazarda ticarətlə məşğul olan şəxslərdən biri deyib. O, bildirib ki, yanğın nəticəsində 1000-ə yaxın dükan tamam yararsız hala düşüb və dükanlardakı bütün mallar külə donub:


"Yanğın səhər erkən saatlarda başladığı üçün sahibkarların əksəriyyəti işə gəlməmişdi. Gələnlər də mallarını çıxara bilmədi. Ticarət Mərkəzindəki dükkanların hamısında malların demək olar ki, hamısı yanıb külə dönüb, heç kim malını çıxara bilməyib”.

Sahibkar bildirir ki, TM-də dükanların kvadratmetrinin qiyməti 200 manatdan başlayır. Ticarət mərkəzinin sahibləri isə dükan sahiblərinin mallarını sığortalamayıb.

Əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində sahibkarlara dəyən ziyanın miqdarı təxminən yarım milyard manata yaxındır: "Ticarət Mərkəzində qızıl, brilyant, kürk, bahalı gəlinliklər satan mağazalar var. Bütün dükkanlarda hər şey yanıb".

Qeyd edək ki, Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzinin damında başlayıb. Daha sonra yanğın güclənib və ətraf ərazilərə keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

BAKU.WS