VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yaxın ərazilərdə yollarda hərəkət məhdudlaşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə məlumat verib.

Onun sözlərinə görə, Q.Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

“Yanğın səbəbindən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar Çobanzadə küçəsindən keçməklə hərəkət edir”, - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzinin damında başlayıb. Daha sonra yanğın güclənib və ətraf ərazilərə keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Ziya SƏCCAD
BAKU.WS