SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri Nizami rayonu ərazisindəki “Diqlas” Ticarət Mərkəzindəki yanğından sonra zərəçəkən sahibkarlar həmin əraziyə toplaşıblar.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Rövşən Əsədov bildirib. Jurnalist "Facebook" səhifəsində yazıb ki, malları külə dönən sahibkarlar icra hakimiyyətinə yürüş etmək istəsələr də, polislər yolu kəsərək yürüşün qarşısın alıb. Şikayətçilər dəymiş zərərin hesablanması və ödənilməsi ilə bağlı tələblər irəli sürürlər.

Şikayətçilərlə danışığa Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev başlayıb.

“Bizimyol.info”nun verdiyi məlumata görə, İldırım Mehdiyev şikayətçilərin qarşısına çıxaraq deyib ki, icra hakimiyyətinin başçısı Arif Qasimov hazırda Prezident Administrasiyasında müzakirələrdədir. 

"Orda bu məsələlər müzakirə edilir, baxılır. Hələlik bu müzakirələr başa çatmadan konkret heç bir vəd vermək mümkün deyil. Qəbul olunan qərarlarla bağlı zərərçəkənlərə və ictimaiyyətə məlumat veriləcək", - deyə qurum rəsmisi bildirib.

BAKU.WS