VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Təhsil şöbələri ləğv ediləcək.

BAKU.WS-in etibarlı mənbədən aldığı məlumata görə, 2018-2019-cu tədris ilinin sonunda rayon təhsil şöbələri ləğv edilərək regional təhsil idarələri yaradılacaq.

Hər rayonda yalnız regional təhsil idarəsinin iki nümayəndəsi çalışacaq.

Etibarlı mənbə həmçinin qeyd edib ki, metodkabinetlər vahid mərkəzdə birləşdirilərək yeni adla fəaliyyət göstərəcək.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bu barədə qurumda heç bir informasiya yoxdur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev struktur islahatatı aparılacığını vurğulayıb. O, qeyd edib ki, indi struktur islahatı gözlənilir:

"Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır.

Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib.

İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır".

BAKU.WS