Dünən Bakının Nardaran qəsəbəsində silahlı insident zamanı ölən şəxslərə kənd camaatı tərəfindən məzar qazılıb. 


BAKU.WS
-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə bildirilir. Jurnalist Fərahim Qasımov Facebook səhifəsində insident zamanı ölən şəxslərin məzarının Hacı Bəxş Məscidinin qarşısında qazıldığı barədə yazıb. O, bu barədə foto paylaşıb. Foto Hüseyin Zadə tərəfindən çəkilib.


Qeyd edək ki, dünən Nardaran qəsəbəsində bir qrup insanlar polis arasında silahlı insident baş verib. İnsident zamanı 6 nəfər dünyasını dəyişib. Ölənlərdən iki nəfər polis əməkdaşı olub. Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı ölən polis və vətəndaşların adları açıqlanıb.

Ölən polis əməkdaşları Vüqar Eyyub oğlu Nəsibov və İsmayıl Rəsul oğlu Tağıyevdir.

İnsident zamanı ölən şəxslərin kimliyi də məlum olub. Onlar Əkbər Nazim oğlu Babayev, Sərvan Şirvan oğlu Səfərov, Rəfail Zeynaləbdin oğlu Bünyadov və Abbas Hüseyndir.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ