VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ-da "YouTube" videoportalının baş ofisində atış açan qadının şəxsiyyəti müəyyənləşib.

BAKU.WS
xarici mətbuata istinadən verdiyi məlumata əsasən, həmin qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub.

Qeyd olunur ki, Aqdam atəşdən sonra özünü vuraraq intihar edib. Onun "YouTube" şirkətinə heç bir aidiyyatı olmadığı bildirilir.

NBC telekanalının məlumatına əsasən, Nasim Aqdamın 39 yaşı olub. O, xəsarət alanlardan bir nəfəri tanıyırmış hadisənin də məişət zəminində baş verdiyi bildirilir.

Atışma nəticəsində 3 nəfər xasərət alıb. Xəsarət alanlardan 36 yaşlı kişinin vəziyyəti ağır qiymətləndirilir.
 
Rəşad Əliyev
BAKU.WS