"YouTube"un baş ofisində atışma: 1 ölü, 3 yaralı (VİDEO)

YouTubeun baş ofisində atışma: 1 ölü, 3 yaralı (VİDEO)
Video
Hadisə 1719
ABŞ-da "YouTube" videoportalının baş ofisində atış açan qadının şəxsiyyəti müəyyənləşib.BAKU.WS xarici mətbuata istinadən verdiyi məlumata əsasən, həmin qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub.

Qeyd olunur ki, Aqdam atəşdən sonra özünü vuraraq intihar edib. Onun "YouTube" şirkətinə heç bir aidiyyatı olmadığı bildirilir.

NBC telekanalının məlumatına əsasən, Nasim Aqdamın 39 yaşı olub. O, xəsarət alanlardan bir nəfəri tanıyırmış hadisənin də məişət zəminində baş verdiyi bildirilir.

Atışma nəticəsində 3 nəfər xasərət alıb. Xəsarət alanlardan 36 yaşlı kişinin vəziyyəti ağır qiymətləndirilir.

Rəşad ƏliyevBAKU.WS

Son xəbərlər