SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağ Ev ABŞ prezidenti Donald Trampın bu gün Yaxın Şərqlə bağlı vacib açıqlama verəcəyini elan edib. 

BAKU.WS-in məlumatına görə, Trampın Qüdsü İsrailin paytaxtı elan edəcəyi gözlənilir. Demək olar ki, bütün dünya ABŞ liderinin hərəkətinə qarşı çıxır.

Türkiyə, Avropa İttifaqı, Fransa, İsveç, Səudiyyə Ərəbistanı, Mərakeş, İraq, Tunis, Qətər kimi ölkələr ABŞ-a açıq şəkildə qarşı çıxdılar.

1967-ci ildən Qüdsün şərq hissəsini işğal edən İsrail, 37 il əvvəl şəhərin paytaxt olduğunu elan etdi, lakin bu dünyada qəbul edilmədi. Qüdsün İsrailin paytaxtı olaraq heç bir dövlət tanımır.

İsrail 50 ildir işğal olunmuş bölgədə ən az 10 məskən qurub və Qüdsdə 200 mindən çox yəhudi yerləşdirilib.

Şahin
BAKU.WS