VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə tədbirlər planına əsasən cəbhəboyu zonada növbəti tədbir keçirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ombudsman Elmira Süleymanovanın rəhbərliyi ilə aparatın əməkdaşları tərəfindən Göygöl, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, o cümlədən ön xətdə yerləşən hərbi hissə və bölmələrin şəxsi heyəti ilə keçirilən görüşlərdə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, ordunun yüksək döyüş qabiliyyətinə malik olması, hərbi qulluqçuların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, məişət şəraiti və mənəvi-psixoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə fikirlərini diqqətə çatdırıblar.
 
Təşkil olunan görüşlərdə hərbi xidmətdə və döyüş tapşırığının yerinə yetirilməsində fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Ziya Səccad

BAKU.WS