SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycanda "Bilik Günü" ilə əlaqədar olaraq avtomobil yollarında sıxlıq müşahidə olunur. 
 
BAKU.WS-in məlumatına görə, xüsusilə Bakı-Sumqayıt yolunda sıxlıq pik həddə çatıb. Rayon qeydiyyatı olan avtomobillərin şəhərə girişinin qarşısı alınsa da bu, tıxacların azalmasında elə də ciddi təsir etməyib. Hazırda da Avtovağzal yaxınlığında böyük tıxac müşahidə olunur. 
 
Avtomobillərin sıxlığı təkcə Bakı-Sumqayıt magistralında deyil, paytaxt küçələrində də hiss olunur. Məktəb və universitetlərin açılması ilə Bakı küçələrində uzun tıxaclar yaranıb. Biləcəri və Binəqədi yolunda, Tbilisi prospekti, Azadlıq prospekti, Neftçilər prospektində ciddi sıxlıq müşahidə olunur. 
 
ŞAHİN Həbibov