Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya kəndində yanğın baş verib.
 
BAKU.WS xəbər verir ki, yanğın Avstraliya yığmasının yerləşdiyi binada olub. Hadisə nəticəsində zərərçəkən olmadığı bildirilir. Yanğına səbəb binanın zirzəmisindəki zibilin yanması olub. Bu barədə Avstraliyanın Milli Olimpiya Komitəsinin saytında bildirilir.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və yarım saat sonra avstraliyalılar binaya qayıdıblar.
 
BAKU.WS