SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gecə saat 4 radələrində Moskvanın Domodedovo hava limanında yanğın hadisəsi baş verib.


BAKU.WS
-in məlumatına görə, yanğın aeroportun aşağı mərtəbəsində, yük şöbəsində qeydə alınıb.

Yanğın anbarın 15 kv.liyini əhatə edib. Hadisə nəticəsində aeroportu tüstü bürüyüb. Bu səbəbdən xilasedicilər aeroportda olan 3 min insanı evakuasiya ediblər. Hadisə nəticəsində hava limanında 11 reys təxirə salınıb.

Yanğın söndürülüb. İlkin ehtimala görə, yanğın aşağı mərtəbədə, yük şöbəsində gedən tikinti zamanı baş verib. Tikinti zamanı elektrik qısaqapanması zamanı yaranan qığılcım sonradan yanğına səbəb olub.

Ziya Səccad
BAKU.WS