SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Xətai rayonunda doqquzmərtəbəli binada güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliynin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunub.

Mənzilər yanğından mühafizə olunub.

Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Ziya Səccad

BAKU.WS