VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pandemiyanın havanın keyfiyyətinə təsiri barədə sualın qoyuluşunu korrekt hesab etmirik. Biz həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar etmişik.

İstər bu nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları olsun, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “pandemiya atmosfer havasının keyfiyyətinə təsir edibmi” sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə fəal təbliğat işləri aparılır:

"Leyla xanım Əliyevanın təşəbbüsü ilə “avtomobilsiz bazar günü” devizi altında keçirilən aksiya hamının yaxşı yadındadır.

Bəzi pessimistlər bu yolla havanın təmizlənməsinə şübhə ilə yanaşırdılar. Lakin gördüyünüz kimi, bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib. Belə nəticələr digər ölkələrdə də qeydə alınıb.

Bu, bir daha belə sadə fikri təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir".

BAKU.WS