Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə monitorinq keçirildi

Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə monitorinq keçirildi
Sosial 65

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə Bakının rayonlarında günün müxtəlif saatlarında monitorinq keçirilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə Departamentin direktoru Ramal Bağırov bildirib.

O söyləyib ki, monitorinq zamanı paytaxtın Nəsimi, Xətai, Nizami, Binəqədi, Səbail, Nərimanov, Yasamal, Qaradağ və Sabunçu rayonlarının ərazisində çirkləndirici qaz qarışıqlarının sanitar normadan artıq olduğu müəyyən edilib.

R.Bağırovun sözlərinə görə, əsasən də nəqliyyatın sıx olduğu saatlarda çirkləndirici qaz qarışıqlarının miqdarı Neftçilər, Ziya Bünyadov, Nobel, Heydər Əliyev prospektləri, Sahil, Nərimanov metro stansiyaları, Azneft meydanı, 20 yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi, Xırdalan–Sumqayıt yolu ərazilərində yol verilən qatılıq həddini keçib:

“Aparılan monitorinq və araşdırmaların nəticəsi göstərir ki, nəqliyyat vasitələrindən havaya atılan tullantıların azaldılması məqsədilə ekoloji cəhətdən təmiz elektrik və hibrid avtomobillərinin ölkəmizdə istifadəsinin genişləndirilməsi havaya atılan tullantıları azalda bilər. Sevindiricidir ki, artıq “BakıBus” şirkəti havaya minimum tullantı atan sıxılmış qazla işləyən avtobuslardan istifadə edir. Bu proses ölkəmizdə daha da kütləviləşməli və təşviqedici addımlar atılmalıdır. Hər kəs daha çox ictimai nəqliyyatdan istifadə etməklə, yaxın məsafələrə piyada getməklə və istirahət günlərini avtomobilsiz keçirməklə havaya atılan tullantıların azaldılmasına töhfə vermiş olar”.

Oxşar xəbərlər

Bakıda martın 11-dək hava tozlu olacaq

Bakıda martın 11-dək hava tozlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 9 mart 2020-ci il tarixində Bakı və Abşeron yarıma...

745 Sosial 16:15 09 mart 2020

Son xəbərlər