SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Şimal-qərb küləyi 3-8 m/s , gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm cive sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Dekabrın 23-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi 5-10 m/s, havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Qərb küləyi 5-10 m/s, havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti,

dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

BAKU.WS