Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
Sosial 10

Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə duman, çiskinli olacağı ehtimalı var, cənub küləyi əsəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məl...

5 Sosial 14:22 16 dekabr 2019

Son xəbərlər