Azərbaycanda qarın hündürlüyü 22 santimetrə çatdı - 18 dərəcə şaxta var - VİDEO
23
noy
2019
10:57
Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb. Burada qarın hündürlüyü 22 santimetr, temperatur isə mənfi 6 dərəcə olub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 23-də Quba, Qusar və Xızı rayonlarına qar yağmaqda davam edib.
Qubanın Qırız kəndində 16, Xınalıqda 12, Təngəaltında 18, rayon mərkəzində isə 7 santimetr qar müşahidə olunub.
Qubada Xınalıq kəndində ən aşağı temperatur - mənfi 18 dərəcə qeydə alınıb.
Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 santimetrə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb.
Oxşar xəbərlər
Altıağacda qarın hündürlüyü 12 sm-ə çatıb, 9-15 dərəcə şaxta olub - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava barədə məlumat yayıb. BAKU.WS xəbər verir ki, noyabrın 21-i gündüzd...