İstirahət günlərində gözlənilən hava proqnozu

02
noy
2019
09:14
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Noyabrın 3-də gündüz hava əsasən yağmursuz keçəcək. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək.Havanın temperaturu dağətəyi rayonlarda 15-18, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.Lənkəran-Astara bölgəsində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.Havanın maksimal temperaturu 15-18, dağlıq rayonlarda 7-10 dərəcə isti təşkil edəcək.Qazax-Gəncə zonasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.Havanın maksimal temperaturu 15-19 dərəcə isti təşkil edəcək.Aran rayonlarında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək.Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək.Naxçıvan MR-da arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.Havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.Paytaxtda isə fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 2-si səhərdən 3-ü səhərədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 12-15 dərəcə isti təşkil edəcək.
Oxşar xəbərlər
İstirahət günlərində gözlənilən hava proqnozu
Böyük və Kiçik Qafqazda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 3-də gündüz hava əsasən yağ...
