VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 1-i saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Gəncə, İsmayıllı, Xınalıq, Qusar, Qəbələ, Oğuz, Şəki, Quba, Xaltan, Qrız, Şahdağ, Neftçala, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Oğuz rayonunun Filfilli kəndinə saat 19:30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb.

Cənub-qərb küləyi arabir Ağdamda 20 m/s, Daşkəsən, İsmayıllıda 18 m/s-dək güclənib.

BAKU.WS