Sosial sahəyə aid müəssisələrdə yeni qida normaları

Sosial sahəyə aid müəssisələrdə yeni qida normaları
Video
Sosial 75

Xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu, Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan, "Yaşayış minimumu haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Millət vəkili Vüqar Bayramov deyir ki, layihəyə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə də qida normaları müəyyən ediləcək.

Hazırda qeyd olunan müəssisələrdə qida normaları 1994-cü ildə verilən qərarla müəyyən edilir. Həmin normaların müəyyənləşdirildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq, mahiyyəti üzrə ciddi dəyişiklik edilməyib.

Vüqar Bayramov bildirir ki, ikinci mühüm məqamlardan biri də istehlak səbətinin tərkibi ilə bağlıdır. İstehlak səbətinin yeni tərkibi də müəyyənləşəcək.

Başqa sözlə, bu dəyşikliklər növbəti ildən etibarən həm yaşayış minimum, həm ehtiyac meyarı istiqamətində yeni artımların həyata keçirilməsinə gətirib çıxara bilər.

Layihə komitədəki müzakirələrdən sonra plenar iclasa tövsiyə edilib.

Son xəbərlər