Qubada 25 santimetr qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO

Qubada 25 santimetr qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO
Video
Sosial 301

Dekabrın 21-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

BAKU.WS xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZERTAC-a verilən məlumata görə, Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar qeydə alınıb.

Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar yağıb. Quba rayon mərkəzində 5 santimetr qar var. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 8 dərəcəyədək enib.

Oxşar xəbərlər

Azərbaycanda bu rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda bu rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Dekabrın 1-i saat 14:30-a olan məlumata əsasən, bəzi yerlərdə yağış yağıb, dağlıq ərazilərdə qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidromet...

2145 Sosial 15:24 02 dekabr 2021

Son xəbərlər