Qubada 25 santimetr qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO

Qubada 25 santimetr qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO
Video
Sosial 299

Dekabrın 21-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

BAKU.WS xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZERTAC-a verilən məlumata görə, Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar qeydə alınıb.

Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar yağıb. Quba rayon mərkəzində 5 santimetr qar var. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 8 dərəcəyədək enib.

Son xəbərlər