Qarlı və şaxtalı hava nə qədər davam edəcək? - RƏSMİ AÇIQLAMA - FOTO

Qarlı və şaxtalı hava nə qədər davam edəcək? - RƏSMİ AÇIQLAMA - FOTO
Foto
Sosial 1104

"Azərbaycana soyuq hava kütlələrinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Demək olar ki, respublikanın əksər rayonlarında qar yağıb. Bakı və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb".

Bunu BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ən çox qar respublikanın Böyük Qafqaz rayonlarında qeydə alınıb ki, burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb: "Bu proses güclü külək və çovğunla müşahidə olunub. Küləyin maksimal sürəti rayonlarda 28 m/s, Bakı və Abşeron yarımadasında isə 25-28 m/s çatıb ki, bu da açıq dənizdə dalğanın 6 metrə qədər inkişafına qədər səbəb olub.

Respublika ərazisində gün ərzində əlverişsiz hava şəraiti davam edəcək, fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. Ayın 25-də səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək".

Oxşar xəbərlər

Azərbaycanda qarlı hava neçə gün davam edəcək? - AÇIQLAMA

Azərbaycanda qarlı hava neçə gün davam edəcək? - AÇIQLAMA

İlkin məlumatlara əsasən, ölkə ərazisində qarlı hava şəfraitinin fevralın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir. Fevralın 19-dan gündüz saatlarında...

6396 Sosial 12:01 17 fevral 2021

Son xəbərlər