SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilir.

BAKU.WS xəbər verir ki, bu barədərə BAKU.TV süjet hazırlayıb.

Süjetdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev BAKU.TV-yə açıqlamasında dumanın səbəbləri barədə danışıb:

“Müşahidə edilən dumanlı hava şəraiti sinoptik şəraitlə əlaqədardır. Belə ki, yer səthində zəif şərq küləyinin üstünlük təşkil etməsi, hündürlüklə yer səthi arasında temperatur fərqi nəticəsində inversiya yaranıb. Bu səbəbdən də dünəndən etibarən dumanlı hava şəraiti müşahidə olunmaqdadır.

Dumanlı hava şəraiti gün ərzində, eləcə də ayın 4-də gecə və səhər saatlarında arabir davam edəcək. Ayın 5-də gündüz saatlarında şimal-qərb küləyinin arabir güclənməsi ilə dumanın çəkilməsi gözlənilir”, - deyə Asif Verdiyev bildirib.

BAKU.WS
VİDEO