VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində orta məktəb fəaliyyətini dayandırıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, 46 saylı orta tədris müəssisəsinin fəaliyyətinə xitam verilib.

Gəncə şəhər Təhsil İdarəsindən BAKU.WS-ə bildirilib ki, məktəbin bağlanmasına səbəb Nazirlər Kabinetinin müvafiq qərarıdır. Belə ki, həmin ərazidə yeni sosial evlər, o cümlədən 28 saylı orta məktəb üçün 1170 yerlik bina tikilib.

46 saylı məktəbin şagirdləri yeni istifadəyə verilən 28 saylı məktəbdə təhsil alacaq.

Məlumat üçün bildirək ki, fəaliyyəti dayanan məktəbdə 154 şagird təhsil alır. Şagirdlərin tədrisi ilə 29 pedaqoq məşğul olub.

Pedaqoqların müəyyən hissəsi 28 saylı məktəbdə işlə təmin edilib. Bir qismi isə Gəncənin digər orta tədris müəssisələrinə verilib.

BAKU.WS