Məktəbdə himn zamanı huşunu itirib yıxılan gəncdən son xəbər - VİDEO

Təhsil Nazirliyi 15 sentyabr - Bilik günü tribunadan yıxılan şəxslə bağlı açıqlama yayıb.
BAKU.WS-in məlumatına görə, nazirlikdən "report"a daxil olan açıqlamada qeyd edilir ki, baş verən hadisə ilə bağlı dərin təəssüf hissi keçirilir. "Videoda göründüyü kimi şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və yıxılan şəxs şəhər klinik xəstəxanasına çatdırılıb, ilkin yardım edilərək müayinələrdən keçirilib, elə həmin gün də evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".
Xatırladaq ki, yayılan kadrlardan görünür ki, orta məktəblərdən birinin qarşısında şagirdlərin və müəllimlərin iştirakı ilə Azərbaycan himni səsləndirilərkən polisin yanında dayanan xanım qəfil huşunu itirib və pilləkənlərdən yıxılıb.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...