Peşə təhsili müəssisəsində bir İLK

2020-2021-ci tədris ilindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində yüksək texniki peşə - subbakalavr səviyyəsi üzrə tədrisə başlanılacaq.
BAKU.WS xəbər verir ki, 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş "Peşə təhsili haqqında" Qanuna əsasən peşə təhsili müəssisələrində yüksək texniki peşə - subbakalavr dərəcəsinin verilməsi nəzərdə tutulur.
Mərkəzdə “Avtomobil diaqnostikası və təmiri ustası” və “Veb-dizayner və proqram təminatçısı” ixtisasları üzrə 3 illik subbakalavr dərəcəsində yüksək texniki peşə təhsili təklif olunur. Subbakalavr səviyyəsinə yiyələnmək istəyən, tam orta təhsil bazasını bitirmiş şəxslər Mərkəzin rəsmi internet saytı vasitəsilə (http://bii.edu.az/) iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.
Oxşar xəbərlər
Peşə məktəblərində oxumaq istəyənlərin NƏZƏRİNƏ!
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, həmçinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proq...