SİZİN REKLAM BURADA!
055 213 76 73


Abituriyent imtahana gələndə bəyannamə imzalayıb gətirməlidir.

BAKU.WS BAKU.TV-yə istinadla xəbər verir ki, bəyannamədə qeyd edilməlidir ki, onun ailəsində COVID-19-a yoluxan şəxs yoxdur və həmçinin koronavirusa yoluxan şəxslərlə əlaqədə olmayıb.

Abituriyent bəyannaməni girişdə nəzarətçilərə təhvil verməlidir, əks təqdirdə imtahana buraxılmayacaq.

“Bəs imtahanlar nə zaman olacaq?” soruşanlara isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, hələlik ali məktəblərə və kolleclərə qəbul imtahanları elan olunmayıb. Çünki bu ayın 5-nə qədər sənəd qəbulu davam edəcək.

“Bu günə olan statistikaya görə, 75 692 nəfər sənəd verib. Onlardan 12 853-ü əvvəlki illərin məzunlarıdır. Əvvəlki illərin məzunları ilə əlaqəli hələ ki cədvəl tutulmayıb. Ola bilsin rəqəmlərdə müəyyən dəyişikliklər olsun”, – deyə Məleykə Abbaszadə qeyd edib.

Əgər əvvəlki illərdə abituriyent imtahan vermək üçün öz rayonundan digər bir rayona yaxud şəhərə gedirdisə, bu il artıq hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhərdə imtahan verəcək.

“Hər həftəsonu ən azı dörd növ imtahan keçiriləcək. 15 minə yaxın nəzarətçi-müəllim bizimlə birgə çalışacaq. Hər zalda 15 abituriyent otura biləcək.

Ali məktəblərə və kolleclərə qəbul imtahanları elan edilməyib. İyun ayının 5-dək sənəd qəbulu davam edəcək. Hazırkı statistikaya əsasən, 75 692 nəfər sənəd verib. Onların 12 853-ü əvvəlki illərin məzunudur”, - deyə Məleykə Abbaszadə bildirib.

Son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməyəcək.

Dəyişiklərdən biri də ondan ibarətdir ki, ötən il IX və XI sinif buraxılış imtahanlarında 24 açıq sual idi, bu il isə açıq sualların sayı 12-yə endirilib.

BAKU.WS
VİDEO