SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən günorta saatlarında Tovuzda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, Dönük Qırıxlı kənd tam orta məktəbinin XI sinif şagirdi Həsənli Kamil Aqil oğlu X sinif şagirdi Qarayev Rəvan Pərviz oğluna bıçaqla xəsarət yetirib.

Tovuz Rayon Təhsil Şöbəsi dünən hər iki şagirdin məktəbə gəlmədiyini və dərsdə iştirak etmədiklərini açıqlayıb:

“Hadisə məktəbdənkənar bir yerdə baş verib. Xəsarət alan X sinif şagirdi Qarayev Rəvan Pərviz oğlu Tovuz Rayon xəstəxanasına, daha sonra Gəncə şəhərinə aparılıb. Zərərçəkən əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir. Xəsarət yetirən XI sinif şagirdi Həsənli Kamil Aqil oğlu bu gün polis şöbəsinə çağırılıb, izahatı alınıb”.

BAKU.WS