I sinfə qəbul qaydası dəyişdi - Valideynlərin nəzərinə!
"Cari ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək".
BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin “Telegram” səhifəsində qeyd olunub.
Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.
Oxşar xəbərlər
Təhsil müəssisələri “həyəcan” düyməsi ilə təchiz olunacaq
Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə” qərar qəbul edib. B...