Milli Məclisin Elm və təhsil komitəsi bu il Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlayacaq.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, Elm və təhsil komitəsi artıq "Peşə təhsili haqqında" qanun layihəsi üzərində işi tam başa çatdırıb: "Bu layihə bir neçə dəfə beynəlxalq ekspertlərin iştirakı ilə də müzakirə edilərək təkmilləşdirilib. Layihə artıq MM-in plenar iclasına tövsiyə edilib. MM-in bu günlərdə başlayacaq yaz sessiyasında ilk iclaslarının birində "Peşə təhsili haqqında" qanun layihəsi deputatların müzakirəsinə veriləcək".

İ.Həbibbəyli əlavə edib ki, yeni qanun layihəsinin hazırlanmasına "Peşə təhsili haqqında" qanun layihəsinin 1-ci və 2-ci oxunuşda müzakirəsi keçirildikdən sonra başlanacaq:

"Yəqin ki, biz yaz aylarında "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq".

BAKU.WS