Azərbaycanda məktəb bufetlərində yoxlamalara başlanılır

“Gələn ildən məktəblərin bufetlərinin yoxlanılması planlaşdırılır”.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, sağlam qidalanma ilə bağlı valideynlərlə də mütəmadi olaraq maarifləndirici işlər aparılmalıdır: “Hazırda 1 milyon 600 min şagird var. Onlar yalnız vaxtlarının bir hissəsini məktəbdə keçirirlər. Digər vaxtlarını isə onlar məktəbdə keçirmirlər. Ona görə də hesab edirəm ki, uşaqların sağlam qidalanması ilə bağlı valideynlərlə də sıx işlər görülməlidir”.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər...
