Müəllim işləmək istəyənlərin nəzərinə: Nazir ANONSU VERDİ

10
iyn
2021
20:43
“Yay ərzində müəllimlərin işə qəbul imtahanını da keçirməyi düşünürük”.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.
“13 imtahan mərkəzi olmaqla, 12 bölgədə - Bakı, Sumqayıt, Abşeron, Quba, Masallı, Gəncə, Mingəçevir, Şirvan, Kürdəmir, Ağcabədi, Şamaxı və Balakəndə müəllimlərin işə qəbul imtahanını keçirəcəyik”, - deyə nazir bildirib.
O əlavə edib ki, hər il 52 min nəfər imtahana qoşulur: “Bunun da nəticəsində doqquz minə yaxın insan işlə təmin olunur”.
Oxşar xəbərlər
DİM: Mayın 26-da 15 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirə...
