SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 27-də Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti koronavirusa görə dayandırılıb.

BAKU.WS xəbər verir ki, artıq buna qədər bir neçə təhsil müəssisəsi koronavirus səbəbindən bağlanıb və təhsil distant formaya keçirilib.

Bu səbəbdən də sosial şəbəkələrdə məktəblərin bağlanacağı ilə bağlı söz-söhbət səngimir. Artıq bu məsələyə bir neçə dəfə rəsmi münasibət öyrənsək də, növbəti dəfə buna toxunmağa məcbur olduq.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun BAKU.WS-ə verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.

“Məktəblərdə vəziyyət stabildir. Pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir.

Belə lokal qapanmalar olsa da, təhsil müəssisələrində hazırkı yoluxma səviyyəsi təhlükəli hədd deyil. Bununla bağlı təhsil müəssisələri ilə təlimlər, maarifləndirmə işləri aparılır. Cəmiyyətə baş verən hadisələr barədə operativ məlumatlar verilir. Xüsusi gərginliyə ehtiyac yoxdur.

Hər kəs bilir ki, hansısa məktəbdə yoluxma qeydə alınan zaman valideynlərlə əlaqə saxlanılır. Həmin şagird və ya müəllim lokallaşdırılır.

O şəxs karantinə götürülür. Karantin müddəti bitdikdən sonra yoluxmuş şəxs yenidən test verir. Cavab neqativ çıxdıqdan sonra həmin şəxs təhsilə davam edir. Dünyada da, Azərbaycanda da belədir”, - deyə Cəsarət Valehov bildirib.

Təhsil Nazirliyinin rəsmisi valideyn, şagird və müəllimlərə müraciət edib:

“Bütün məktəblərdə ciddi nəzarət və müşahidələr var. Ona görə də narahatlığa və gərginliyə əsas yoxdur. Valideynlər rahat şəkildə övladlarını məktəblərə göndərə bilərlər. Təhsil müəssisələrində heç bir gizli proses getmir.

Valideynlər də bilirlər ki, məktəbdə xəstələnən var. Məlumatlar əsasında təhsilin distant formaya keçirilməsi barədə qərar verilir”.

BAKU.WS