Yarmarkalara ən çox məhsul bu rayonlardan göndərilir - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Kənd təsərrüfatı yarmarkaları barədə yayılan son məlumatlar sosial şəbəkələrdə və fermer icmaları arasında yeni müzakirə dalğası yaradıb. Xüsusilə də müxtəlif rayonlardan yarmarkalara göndərilən məhsul həcmlərinin fərqliliyi diqqət çəkir və "hansı bölgə daha aktivdir?" sualı gündəmə gəlib.
BAKU.WS-in məlumtına görə, bəzi rayonların yarmarkalara böyük həcmdə məhsul çıxarması onların istehsal potensialı barədə təsəvvür yaradırsa, digərlərinin nisbətən az məhsul göndərməsi bölgələr arasındakı aqrar dinamikanı daha da maraqlı edir.
Maraqlıdır ki, kənd təsərrüfatı yarmarkalarına ən çox və ən az məhsul göndərən hansı rayonlardakı fermerlər olub?
"Aqrar Tədarük və Təchizat" ASC-dən BAKU.WS-ə bildirilib ki, "Kənddən Şəhərə" yarmarkalarında mövsümə uyğun olaraq rayonlardan gələn fermerlərin sayı dəyişir:
"Daha çox iştirak Cənub rayonlarımızdan Astara, Lənkəran , Masallının üzərinə düşür. Qərb rayonlarımızdan Daşkəsən, Göygöl, Şimal rayonlarmızdan isə Xaçmaz, Quba və sair rayonlardakı fermerlər aktiv iştirak edir.
Az iştirak edən rayonlar üzrə fermerlərimiz isə Zərdab, Ucar, Şəki, Yardımlını qeyd etmək olar".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,88 ABŞ dolları və ya 3,17 % artaraq 126,16 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...