Vitse-prezident Verner Voqels: İnsanlar kitab oxumasaydı, Amazon gəlir qazana bilməzdi
"İnsanlar kitab oxumasaydı, "Amazon" ilk vaxtlar gəlir əldə edə bilməzdi".
BAKU.WS xəbər verir ki, bunu "Amazon" şirtkətinin vitse-prezidenti Verner Voqels "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
O, bildirib ki, "Amazon"la bağlı danışarkən biz mütləq 30 il əvvələ qayıtmaq lazımdır:
"Amazon hər zaman gənclər üçün olub. 1994-cü ildə Cef Bezos üçün internet çox önəmli idi. Onun çox sayda kitabı olub. Ceff düşündü ki internet üzərindən onlayn kitabxana yarada bilər. Bu bir ilk idi. Bu da texnologiya hesabına ərsəyə gəldi. Amazon texnologiya şirkətidi. İllər keçdikcə çox şey dəyişdi.
Məsələn alınan malın çatdırılması 3-5 gün idi indi isə eyni gündə çatdırılır. İndi qablaşdırma mərkəzində robotlar çalışır. Robotlar çatdırır məhsulları. Bu sadəcə malların satılması deyil. Bu həm də bazarı canlandırır".
Onun sözlərinə görə, 2000-ci ilin əvvəllərində insanlar elektron cihazlara maraqlı idi. Həmin dövrdə elektron kitabxana zərurət olub:
"Bu cihazları "Amazon" müəyyən bədəl qarşılığlnda satırdı. Mahiyyət o idi ki insanlar oxuya bilsin. İnsanlar kitab oxumasaydı amazon ilk vaxtlar gəlir əldə edə bilməzdi".
Banu Hüseynli
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir. Bunu...