Vətəndaşların nəzərinə! - Bu rayonda qaz OLMAYACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
“Qaz İxrac” İdarəsi tərəfindən “Sabunçu ümumi” ölçü qovşağının baypas xətti üzərində quraşdırılmış siyirtmənin təmiri ilə bağlı sentyabrın 14-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Sabunçu qəsəbəsinin, 2-ci Mədən, Şəhər şosesi, Stansiyayanı ərazilərinin və E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, M.Hüseynzadə , H. Araslı, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, T.Ələkbərov, Ə.Cavad, X. Natavan küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Sofiyada Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb - YENİLƏNİB - FOTO
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət N...