Vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyətə cəlbetmə qaydası dəyişdirilir
23
okt
2019
11:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn ildən Azərbaycanda cinayət-prossessual qanunvericiliyinə uyğun olaraq vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarla aparılan səyyar vergi yoxlamalarının nəticələri istisna olmaqla, vergi qanunvericiliyinin pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il) keçəcəyi halda, həmin şəxs qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməyəcək və vergi öhdəlikləri yaranmayacaq.BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçibsə, həmin şəxs qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
Oxşar xəbərlər
Bu şəxslər üçün aylıq vergi azaldılır
Gələn il yanvarın 1-dən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul ol...