Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu

Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
İqtisadiyyat 96

Azərbaycanda müxtəlif bələdiyyələrə məxsus torpaq sahələrinin satış və icarəsi ilə bağlı növbəti hərrac və müsabiqələr 7 yanvar tarixində keçiriləcək.

BAKU.WS bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.

Məlumata görə, Abşeron, Salyan, Saatlı, Sabirabad, Neftçala, Yevlax, Kürdəmir, Ağdaş və digər rayonlarda yerləşən onlarla torpaq sahəsi satışa və uzunmüddətli icarəyə çıxarılıb.

Abşeron rayonunda Qobu, Xırdalan və Fatmayı bələdiyyələrinin ərazilərində fərdi yaşayış evi tikintisi üçün torpaqlar təklif olunur. Qobu qəsəbəsində 800 kv.m sahə 8800 manat ilkin qiymətlə, Xırdalanda 100 kv.m sahə 5323 manatla, Fatmayıda isə 400 kv.m torpaq 6500 manatla hərraca çıxarılıb.

Salyan rayonunun Şorsulu kəndində sahibkarlıq fəaliyyəti üçün 400 kv.m-lik torpaq sahəsi satışa çıxarılıb. Arbatan bələdiyyəsinin Marışlı kəndində isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 8680 kv.m-lik sahə 15 illik icarəyə verilir.

Kənd təsərrüfatı təyinatlı torpaqların ən çox təklif olunduğu bölgələr Sabirabad və Neftçala rayonlarıdır. Sabirabadda Surra, Qaralı, Axısxa və Qaratəpə kəndlərində 1 hektardan 100 hektaradək dəyişən əkin və örüş sahələri icarəyə çıxarılıb. Neftçalanın Xoltəzəkənd kəndində isə 3–4 hektar arası torpaqlar 15 illik icarəyə təklif olunur.

Rayon / Bələdiyyə Kənd/Qəsəbə Təyinat Sahə (kv.m / ha) Satış / İcarə Müddət İlkin qiymət İllik icarə Əlaqə
1 Abşeron – Qobu bələdiyyəsi Qobu Yaşayış 800 kv.m Satış 8800 AZN 012 343 03 03
2 Abşeron – Xırdalan bələdiyyəsi Xırdalan Yaşayış 100 kv.m Satış 5323 AZN 012 343 03 03
3 Abşeron – Fatmayı bələdiyyəsi Fatmayı Yaşayış 400 kv.m Satış 6500 AZN 012 343 03 03
4 Salyan – Şorsulu bələdiyyəsi Şorsulu Sahibkarlıq 400 kv.m Satış 12000 AZN 021 205 32 94
5 Salyan – Arbatan bələdiyyəsi Marışlı Əkin sahəsi 8680 kv.m İcarə 15 il 1736 AZN 87 AZN 021 205 32 94
6 Saatlı – Varxan bələdiyyəsi Potubəyli Əkin sahəsi 1.57 ha İcarə 15 il 267 AZN 27 AZN 021 215 07 37
7 Neftçala – Xol Qarabucaq Xoltəzəkənd Əkin 4.15 ha İcarə 15 il 1250 AZN 125 AZN 021 225 55 22
8 Neftçala – Xol Qarabucaq Xoltəzəkənd Əkin 3.59 ha İcarə 15 il 1080 AZN 108 AZN 021 225 55 22
9 Neftçala – Xol Qarabucaq Xoltəzəkənd Əkin 3.38 ha İcarə 15 il 1010 AZN 101 AZN 021 225 55 22
10 Sabirabad – Surra Surra Örüş 23.12 ha İcarə 15 il 3468 AZN 174 AZN 021 235 23 65
11 Sabirabad – Surra Surra Örüş 34.02 ha İcarə 15 il 5103 AZN 255 AZN 021 235 23 65
12 Sabirabad – Qaralı Qaralı Örüş 108.5 ha İcarə 15 il 16275 AZN 1085 AZN 021 235 23 65
13 Sabirabad – Axısxa Axısxa Əkin 1.15 ha İcarə 15 il 173 AZN 17 AZN 021 235 23 65
14 Sabirabad – Axısxa Axısxa Əkin 4 ha İcarə 15 il 600 AZN 60 AZN 021 235 23 65
15 Sabirabad – Axısxa Axısxa Əkin 6.56 ha İcarə 15 il 984 AZN 98 AZN 021 235 23 65
16 Sabirabad – Qaratəpə Qaratəpə Əkin 3.73 ha İcarə 15 il 560 AZN 56 AZN 021 235 23 65
17 Sabirabad – Qaratəpə Qaratəpə Əkin 2.5 ha İcarə 15 il 375 AZN 37 AZN 021 235 23 65
18 Ağdaş – Nehrəxəlil Nehrəxəlil Sahibkarlıq 56 kv.m Satış 6720 AZN 020 255 11 44
19 Yevlax – Balçılı Balçılı Heyvandarlıq 2 ha İcarə 5 il 270 AZN 27 AZN 020 265 32 88
20 Yevlax – Balçılı Balçılı Heyvandarlıq 2 ha İcarə 5 il 270 AZN 27 AZN 020 265 32 88
21 Kürdəmir – Qarasaqqal Qarasaqqal Əkin 10 ha İcarə 15 il 1500 AZN 75 AZN 020 266 74 55
22 Şəmkir – Qaracəmirli Qaracəmirli Əkin 4.32 ha İcarə 15 il 648 AZN 32 AZN 022 295 27 33

Son xəbərlər