Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ - Binəqədi, Xətai, Nizami...
"Bakının bəzi rayonlarda qiymət artımı digərlərinə nisbətən zəif olub. Bunların başında Binəqədi rayonu gəlir. Burada uzun müddət qiymətlər sabit qalıb və böyük dəyişiklik müşahidə olunmayıb".
Bu sözləri BAKU.WS-ə açıqlamasında əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib.
Onun sözlərinə görə, Xətai rayonunda müəyyən dövrdə qiymətlər hətta azalıb:
"Amma sonradan artım müşahidə olunaraq balans bərpa edilib. Nizami və Nərimanov rayonlarında isə bahalaşma var, amma bu, 10–12 faiz civarındadır. Bu göstəricilər onları ən az bahalaşan ərazilər sırasında göstərir. Nisbi sabitlik bazarın daha balanslı olmasından xəbər verir.
Ümumilikdə isə sözügedən rayonlarda artım olsa da, Sabunçu və Sabail kimi yüksək deyil. Ona görə də Binəqədi, Xətai, Nizami və Nərimanov rayonları ən az bahalaşan zonalar hesab olunur. Bu, alıcılar üçün nisbətən daha əlçatan variantlar deməkdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəlib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin əvvəlində "Palmali" tərəfindən SOCAR-a satılmış on gəmi ilə bağlı "Palmali" Qrupuna daxil olan şirkətlərin q...