Türkiyə Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli yollarını araşdırır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Ankara Türkmənistandan təbii qazın Türkiyə vasitəsilə Avropaya nəqli üçün alternativləri araşdırır”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Enerji və İqlim Forumunda bildirib.
Onun sözlərinə görə, Türkmənistan qazı uzun illərdir gündəmdə olan məsələdir: “Biz şəraitin yetişdiyi bir mərhələdəyik. Qazın çatdırılması üçün üç variant var. Bunlardan biri də türkmən qazının svop yolu ilə İran vasitəsilə Türkiyəyə ötürülməsidir.
Digər variant isə İran və Azərbaycan üzərindən mübadilə yolu ilə Türkiyəyə gəlməsidir. Alternativ olaraq, Türkmənistan qazı Xəzər dənizindən keçən boru kəməri vasitəsilə Türkiyəyə tədarük edilə bilər ki, bu da mahiyyət etibarilə daha uzunmüddətli, daha davamlı və daha böyük gücə malikdir”.
Nazir əlavə edib ki, Türkiyə hökuməti ölkənin İstanbul şəhərində təbii qaz ticarəti platformasını ən qısa zamanda istifadəyə verməyi planlaşdırır.
“Biz "Qazprom"la əməkdaşlıq edərək İstanbulun maliyyə mərkəzi üçün qaz ticarəti platformasının yaradılması üzərində işləyirik. Düşünürük ki, biz bunu qısa müddətdə işə sala bilərik”, - o vurğulayıb.
Qeyd edək ki, bu ayın əvvəlində Türkiyə və Türkmənistan qaz sektorunda Əməkdaşlıq Memorandumu və karbohidrogen ehtiyatları sahəsində əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalayıblar.
Oxşar xəbərlər
Pərviz Şahbazov: “Qaz tədarükünün artırılması region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir”
Cənub Qaz Dəhlizinin (SGC) inkişafı və qaz tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təch...