Tədavülə iri nominallı əskinazlar buraxıla bilər

Tədavülə iri nominallı əskinazlar buraxıla bilər
İqtisadiyyat 1339

Azərbaycan Mərkəzi Bankı (AMB) iri nominallı pul nişanlarının tədavülə buraxılması imkanını qiymətləndirir. Beynəlxalq təcrübədə tədavüldə iri nominallı əsginasların xüsusi çəkisi yüksəldikdə mərkəzi banklar tərəfindən dövriyyəyə növbəti iri nominallı əsginaslar buraxılır.

BAKU.WS Trend-ə istinadən məlumat verir ki, hazırda tədavüldə iri nominallı (50 və 100 manat) pul nişanlarının xüsusi çəkisi 90% təşkil edir. Bu baxımdan AMB ölkənin makroiqtisadi inkişaf templərini, eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi məqsədilə milli valyutanın nominal strukturunun və iri nominallı pul nişanlarının tədavülə buraxılmasının mütəmadi olaraq qiymətləndirməsini aparır.

BAKU.WS

Son xəbərlər